Layihələr

2023-cü il – Sənaye və istehsalat obyektlərinin layihələndirilməsi
2023-cü il – Sənaye və istehsalat obyektlərinin layihələndirilməsi
2023-cü ildə Geoqazma MMC sənaye və istehsalat obyektlərinin layihələndirilməsi çərçivəsində müxtəlif strateji əhəmiyyətli regionlarda mühüm mühəndis-geodeziya və geoloji tədqiqat işləri həyata keçirmişdir. Bu layihələr azad olunmuş ərazilərdə iqtisadi inkişafın təmin olunması, yeni sənaye və istehsalat sahələrinin yaradılması məqsədi daşıyırdı. Cəbrayıl rayonu, “Araz Vadisi İqtisadi Zonası”nda yerləşəcək Cəbrayıl Sement Terminalında...
Cəbrayıl (Araz Vadisi İqtisadi Zonası), Zəngilan (Ağalı kəndi, şəhər)
Sement, əhəng və bazalt yataqları üzrə geoloji tədqiqatlar
Sement, əhəng və bazalt yataqları üzrə geoloji tədqiqatlar
Cəbrayıl rayonu – “Üfüq” Günəş Elektrik Stansiyası yaxınlığında əhəng və sement xammalı üzrə geoloji tədqiqat 2023-cü ildə, “Üfüq” şirkətinin təşəbbüsü ilə Cəbrayıl rayonu ərazisində əhəng və sement istehsalına uyğun xammal ehtiyatlarının mövcudluğu qiymətləndirilmişdir. Tədqiqat zamanı sahə üzrə geoloji kəşfiyyat quyuları qazılmış, nümunələr götürülmüş və laborator analizlər əsasında...
Cəbrayıl, Qazax
Faydalı qazıntı yataqlarında geoloji tədqiqatlar
Faydalı qazıntı yataqlarında geoloji tədqiqatlar
Goranboy rayonu – “Yuxarı Ağcakənd” gips-anhidrid yatağı “GEO-QAZMA” MMC bu yataqda müxtəlif sifarişçilər üçün bir neçə mərhələdə geoloji tədqiqat işləri həyata keçirmişdir. 2022-ci ilin dekabr ayında “Avanqard N” MMC-nin sifarişi ilə 10.0 ha sahədə ilkin geoloji tədqiqat aparılmışdır. 2023-cü ilin mart-aprel aylarında “Mətanət-A” şirkətinin sifarişi ilə 6.6 ha ərazidə...
Goranboy, Abşeron, Qazax, Ağdam
2025-ci il – Xüsusi təyinatlı texniki və laboratoriya obyektlərinin layihələndirilməsi
2025-ci il – Xüsusi təyinatlı texniki və laboratoriya obyektlərinin layihələndirilməsi
2025-ci ildə Geoqazma MMC tərəfindən həyata keçirilmiş layihələrin bir qismi xüsusi təyinatlı obyektlərin – laboratoriyalar, memorial komplekslər, turizm və tədbir mərkəzləri, dini obyektlər kimi texniki və funksional baxımdan mühüm tikililərin layihələndirilməsinə yönəlmişdir. Bu obyektlər yalnız infrastrukturun deyil, həm də cəmiyyətin mədəni, elmi və mənəvi inkişafı baxımından mühüm rol oynayır. Xankəndi şəhərində “Qarabağ Regional Mü...
Xankəndi şəhəri, Cəbrayıl rayonu (Məscid), Xocalı şəhəri, Xocavənd rayonu (Hadrut)
2025-ci il – Kommersiya, sosial və ictimai obyektlərin layihələndirilməsi
2025-ci il – Kommersiya, sosial və ictimai obyektlərin layihələndirilməsi
2025-ci ildə Geoqazma MMC tərəfindən Qarabağ bölgəsində təkcə yaşayış deyil, həm də ictimai və kommersiya obyektlərinin layihələndirilməsi üzrə bir sıra mühüm işlər görülmüşdür. Bu layihələr bölgənin sosial və iqtisadi həyatının bərpasına, əhalinin gündəlik ehtiyaclarının qarşılanmasına və sahibkarlığın inkişafına yönəlmişdir. Cəbrayıl rayonu, Karxulu kəndində həyata keçirilən layihə çərçivəsində müxtəlif kommersiya...
Cəbrayıl rayonu (Karxulu, Şükürbəyli), Füzuli rayonu (Qaraxanbəyli)
2025-ci il – Sənaye və yaşayış infrastrukturunun layihələndirilməsi
2025-ci il – Sənaye və yaşayış infrastrukturunun layihələndirilməsi
2025-ci ildə Geoqazma MMC tərəfindən Qarabağ bölgəsində, xüsusilə Cəbrayıl və Füzuli rayonlarında bir sıra iri həcmli yaşayış və sənaye layihələrinin yer seçimi və ilkin layihələndirmə işləri həyata keçirilmişdir. Bu layihələr azad olunmuş ərazilərin sürətli inkişafı, əhalinin qayıdışı və iqtisadi fəallığın artırılması məqsədi ilə hazırlanmışdır. Cəbrayıl rayonu üzrə Şükürbəyli kənd yaşayış məntəqəsinin ikinci mərhələsi çərç...
Qarabağ bölgəsi (Cəbrayıl, Füzuli)
2024-cü il – Kənd yaşayış məntəqələrinin və mühüm ictimai obyektlərin kompleks layihələndirilməsi
2024-cü il – Kənd yaşayış məntəqələrinin və mühüm ictimai obyektlərin kompleks layihələndirilməsi
2024-cü ildə Geoqazma MMC tərəfindən Qarabağ bölgəsində icra olunan layihələr genişmiqyaslı infrastruktur planlaması və yaşayış məntəqələrinin yenidən qurulmasını əhatə etmişdir. Bu çərçivədə həm fərdi yaşayış evləri, məktəblər, uşaq bağçaları, ticarət və xidmət obyektləri, həmçinin su təchizatı, kanalizasiya, transformator yarımstansiyaları, ictimai-istirahət zonaları və digər sosial infrastrukturun inşası üçün ətraflı mühəndis-geodeziya...
Qarabağ bölgəsi (Ağdam, Cəbrayıl, Zəngilan, Füzuli, Xankəndi, Xocalı, Xocavənd, Şuşa, Laçın)
2023-cü il – Texniki infrastruktur və sənaye obyektlərinin layihələndirilməsi
2023-cü il – Texniki infrastruktur və sənaye obyektlərinin layihələndirilməsi
Geoqazma MMC 2023-cü ildə texniki infrastrukturun və sənaye obyektlərinin layihələndirilməsində əsas rol oynamışdır. Bu layihələr ölkənin azad olunmuş ərazilərində iqtisadi dirçəlişi və sənaye fəaliyyətlərinin bərpasını hədəfləyən mühüm təşəbbüsləri əhatə edirdi. Tikintisi nəzərdə tutulan inzibati binalar, silo anbarları, tərəzi sahələri, bazar və ticarət obyektləri, istehsalat sahələri və digər sənaye infrastrukturunun planlaması üçün ətraflı mü...
Cəbrayıl rayonu (Araz Vadisi İqtisadi Zonası), Zəngilan rayonu (Ağalı kəndi, Zəngilan şəhəri)
2023-cü il – Yaşayış məntəqələrinin və fərdi evlərin layihələndirilməsi
2023-cü il – Yaşayış məntəqələrinin və fərdi evlərin layihələndirilməsi
Geoqazma MMC 2023-cü ildə azad olunmuş ərazilərdə müasir, davamlı və yaşayış üçün əlverişli kənd və şəhər infrastrukturunun qurulması istiqamətində mühüm layihələrdə iştirak etmişdir. Bu layihələr çərçivəsində fərdi yaşayış evləri, çoxmərtəbəli binalar və əlavə ictimai obyektlərin yerləşdirilməsi üçün müfəssəl mühəndis-geodeziya və geoloji tədqiqatlar aparılmışdır. Füzuli rayonunun Pirəhmədli kəndi...
Füzuli (Pirəhmədli kəndi), Laçın (Güləbird kəndi), Şuşa (D-3 massivi), Zəngilan