Zəngilan rayonunun, Məmmədbəyli kənd yaşayış məntəqəsinin yenidən qurulmasının layihələndirilməsi
- Görülən iş: Geodeziya və geoloji tədqiqatlar, qrunt və relyef analizi, topoqrafik xəritələşdirmə.
- Yer: Zəngilan rayonu, Məmmədbəyli kəndi
- İl: 2022
Zəngilan rayonunun, Məmmədbəyli kənd yaşayış məntəqəsinin yenidən qurulmasının layihələndirilməsi
Məmmədbəyli kəndinin yenidən qurulması Zəngilan rayonunun sosial-iqtisadi inkişafı və azad olunmuş ərazilərdə dayanıqlı məskunlaşma strategiyasının mühüm tərkib hissəsidir. Layihənin məqsədi kənd əhalisinin yaşayışı üçün zəruri olan infrastrukturun, yaşayış evlərinin və ictimai binaların planlı şəkildə layihələndirilməsi olmuşdur.
Geoqazma MMC bu layihə çərçivəsində geniş miqyaslı mühəndis-geodeziya və geoloji tədqiqatlar aparmışdır. Ərazinin relyefi, qrunt qatlarının fiziki və mexaniki xüsusiyyətləri, qrunt sularının səviyyəsi və axın istiqamətləri, həmçinin potensial geoloji risklər (torpaq sürüşməsi, sel basma və s.) ətraflı şəkildə öyrənilmişdir. Bu tədqiqatlar nəticəsində yaşayış üçün uyğun zonalar müəyyən edilmiş, infrastrukturun və tikinti obyektlərinin düzgün yerləşdirilməsi təmin olunmuşdur.
Yüksək dəqiqlikli GNSS və total stansiya texnologiyalarından istifadə edilərək rəqəmsal topoqrafik xəritələr hazırlanmış, nəticələr planlaşdırma və layihələndirmə sənədlərində əsas baza kimi istifadə olunmuşdur.