Haqqımızda

Haqqımızda

Biz kimik?

GEO QAZMA MMC 2016-cı ildə təsis olunmuş və fəaliyyətini mühəndis-geoloji axtarış, hidrogeoloji, geofiziki, geoekoloji və geodeziya tədqiqatları sahəsində ixtisaslaşmış mühəndislik şirkəti kimi davam etdirir. Şirkət müxtəlif təyinatlı obyektlərin tikintisinə başlanmazdan öncə yerin geoloji quruluşunun və risk amillərinin yüksək dəqiqliklə təhlilini həyata keçirir. Müasir texniki baza, çöl şəraitində qazma və ölçmə imkanları, laboratoriya təhlilləri, uzun müddətli təcrübə və rəsmi lisenziyalar GEO QAZMA-nı bu sahədə etibarlı tərəfdaşa çevirir.

Niyə biz?

Dəqiqlik, Etibar və Peşəkarlıq – GEO QAZMA fərqi

GEO QAZMA MMC olaraq, geoloji tədqiqat sahəsində hər bir layihəyə elmi əsaslarla, texnoloji yanaşma ilə və yüksək peşəkarlıqla yanaşırıq. İllərin təcrübəsi və rəsmi akkreditasiyalarla güclənmiş komandamız, müasir avadanlıq və analiz üsulları ilə riskləri minimallaşdıraraq ən doğru nəticələri təmin edir.

Bizi seçmək üçün səbəblər:

  • Tam lisenziyalı və sertifikatlaşdırılmış xidmətlər
  • Yerli və beynəlxalq normativlərə uyğun iş prinsipi
  • Müasir texnologiya və sahə avadanlıqları
  • Təcrübəli mühəndislər və laboratoriya mütəxəssisləri
  • Layihəyə uyğun fərdi yanaşma və çevik icra prosesi

GEO QAZMA — yerin dərinliklərini sizin üçün etibarlı şəkildə açıqlayır.

Partnyorlarımız