Şuşa şəhəri, “Realnı” məktəbinin layihələndirilməsi
- Görülən iş: Geodeziya, geoloji təhlil, seysmik və relyef uyğunluğu qiymətləndirilməsi.
- Yer: Şuşa şəhəri
- İl: 2022
Şuşa şəhəri, “Realnı” məktəbinin layihələndirilməsi
“Realnı” məktəbi Şuşa şəhərinin tarixi irsinin vacib parçasıdır. Bu layihə Şuşanın bərpası çərçivəsində tarixi təhsil binasının yenidən qurulmasını və müasir təhsil standartlarına uyğunlaşdırılmasını əhatə edir. Layihənin həyata keçirilməsi üçün ərazidəki mövcud vəziyyətin hərtərəfli təhlili, tikinti sahəsinin dayanıqlılığının qiymətləndirilməsi və ətraf mühitə təsirlərin nəzərə alınması zəruri olmuşdur.
Geoqazma MMC bu layihə çərçivəsində geodeziya və mühəndis-geoloji tədqiqatlar aparmış, tikinti üçün uyğun ərazi relyefinin modelləşdirilməsi və mövcud torpaq qatlarının daşıma qabiliyyəti analiz edilmişdir. Həmçinin məktəb binasının layihələndiriləcəyi ərazidə seysmik dayanıqlılıq, qrunt sularının dərinliyi və potensial ekoloji təsirlər qiymətləndirilmişdir. Tarixi binanın bərpası olduğu üçün mühafizə olunan strukturlar da nəzərə alınaraq yüksək dəqiqliklə ölçmələr aparılmışdır.