PROFDAM MMC-yə məxsus Dam Örtükləri İstehsalı Zavodu
- Görülən iş: Topoqrafik ölçmə, istinad nöqtələrinin qurulması və ərazi koordinasiyalarının dəqiqləşdirilməsi.
- Yer: Ağdam rayonu, Ağdam Sənaye Parkı
- İl: 2022
PROFDAM MMC-yə məxsus Dam Örtükləri İstehsalı Zavodu
Bu layihə 2022-ci ildə Qarabağın bərpası və sənaye inkişafı məqsədilə salınmış Ağdam Sənaye Parkında həyata keçirilmişdir. “PROFDAM” MMC tərəfindən inşa edilən zavod dam örtüklərinin istehsalına yönəlik müasir avadanlıqlarla təchiz olunmuş sənaye obyektidir. Zavodun məqsədi yerli tikinti sektorunun ehtiyaclarını qarşılamaq və ixrac potensialını gücləndirməkdir.
Geoqazma olaraq bu layihə çərçivəsində ərazidə aparılan bütün mühəndis-geodeziya işlərini peşəkar şəkildə icra etdik. Ərazinin ilkin topoqrafik planlaması, torpaq relyefinin ölçülməsi və obyektin yerləşmə koordinatlarının dəqiqləşdirilməsi kimi mühüm mərhələlər bizim tərəfimizdən həyata keçirildi. Həmçinin istinad nöqtələrinin qurulması və sahənin tikinti üçün uyğunlaşdırılması zamanı tələb olunan dəqiqlik təmin olundu.
İşlər zamanı yüksək texnologiyalı cihazlardan, GNSS sistemlərindən və 3D xəritələmə üsullarından istifadə edilmişdir. Təqdim olunan geodeziya xidmətləri zavodun layihə üzrə düzgün yerləşdirilməsinə və gələcəkdə konstruksiyaların sabitliyinin təmin edilməsinə zəmin yaratdı. Peşəkar yanaşmamız nəticəsində layihənin icrası vaxtında və standartlara uyğun şəkildə tamamlandı.