Geoekoloji Tədqiqatlar və Qiymətləndirmə
Ətraf mühitin qorunması — dayanıqlı inkişafa aparan yoldur.
GEO QAZMA MMC olaraq, ətraf mühitə texnogen və təbii təsirlərin kompleks şəkildə qiymətləndirilməsi və risklərin azaldılması üzrə geoekoloji tədqiqatlar aparırıq. Hədəfimiz insan sağlamlığı və ekosistem balansı üçün təhlükəsizlik təmin etmək, çirklənmiş sahələrin bərpasına və yeni layihələrin ekoloji uyğunluğuna dəstək verməkdir.
Xidmətə daxildir:
- Texnogen təsirlərin (sənaye tullantıları, neft məhsulları və s.) qiymətləndirilməsi
- Çirklənmiş ərazilərin təhlili və rekultivasiya layihələrinin hazırlanması
- Yeraltı sular və aerasiya zonasında çirklənmə dərəcəsinin təyini
- Geoekoloji risklərin təhlili və tədbirlər planının hazırlanması
- Ətraf mühitə təsirin ilkin və ətraflı qiymətləndirilməsi (ƏMTQ)
- Təbii təhlükə risklərinin (sel, sürüşmə, eroziya və s.) proqnozlaşdırılması
Əldə olunan nəticələr normativ aktlara əsasən sənədləşdirilir və aidiyyəti qurumlara təqdim olunur.