Mədənlərin Texniki-İqtisadi Əsaslandırması
Faydalı qazıntı yatağının istismarı və inkişafı üçün mühüm mərhələlərdən biri texniki-iqtisadi əsaslandırma sənədinin hazırlanmasıdır. Bu sənəd layihənin həyata keçirilməsinin texniki mümkünlüyünü və iqtisadi cəhətdən nə dərəcədə səmərəli olduğunu ortaya qoyur. GEO QAZMA MMC, sahənin xüsusiyyətlərini nəzərə alaraq, həm texniki analizləri, həm də maliyyə göstəricilərini əhatə edən əsaslandırma sənədləri hazırlayır.
Əsaslandırma nəticəsində investorlar və sifarişçilər layihənin həyata keçirilməsinə dair əsaslı qərar vermək imkanı qazanırlar. Bu proses həm yerli normativlərə, həm də beynəlxalq standartlara uyğun şəkildə həyata keçirilir.
Xidmətə daxildir:
- Layihələrin texniki tələblərə uyğun hazırlanması və iqtisadi səmərəlilik hesablanması - Seçilmiş hasilat üsulları və texnologiyalar üzrə texniki uyğunluq təhlil olunur, həmçinin kapital və əməliyyat xərcləri qiymətləndirilir.
- İnvestisiya planlarının və maliyyə risklərinin təhlili - Layihəyə qoyulacaq investisiyanın geri dönüşü, daxili gəlirlilik norması (IRR), xalis indiki dəyər (NPV) və maliyyə riskləri analiz edilir.
- Texniki və iqtisadi göstəricilər əsasında qərarların verilməsi - Bütün göstəricilər müqayisəli şəkildə təqdim edilir və optimal istismar və inkişaf ssenariləri üzrə tövsiyələr hazırlanır.
GEO QAZMA tərəfindən hazırlanan texniki-iqtisadi əsaslandırmalar həm layihə səmərəliliyinin sübutu, həm də investisiya qərarları üçün etibarlı texniki baza rolunu oynayır.