Qruntların Laboratoriya Tədqiqatları
Tikinti, yol infrastrukturu, metro və digər mühəndis layihələrinin təhlükəsizliyi və dayanıqlılığı birbaşa olaraq torpaq qatlarının mühəndis-geotexniki xüsusiyyətlərinin dəqiq qiymətləndirilməsindən asılıdır. GEO QAZMA MMC olaraq, sahədən götürülmüş nümunələrin laboratoriya şəraitində yoxlanması ilə bu xüsusiyyətləri elmi əsaslarla təhlil edirik. Laboratoriya tədqiqatları nəticəsində əldə olunan texniki göstəricilər layihələndirmə prosesində mühəndislər üçün qərarvermə bazası rolunu oynayır.
Akkreditasiya sertifikatı olan laboratoriyamızda, quruntların mexaniki və fiziki xüsusiyyətlərinin "ГОСТ" və "ASTM" standartları ilə yoxlanılması imkanları mövcuddur. Bu yanaşma həm yerli normativlərə uyğunluq, həm də beynəlxalq layihələrdə nəticələrin qəbul edilə bilməsi baxımından böyük üstünlük təmin edir.
Laboratoriyaya qədər olan mərhələ
Laboratoriya tədqiqatları sahədən götürülən torpaq nümunələrinin düzgün hazırlanması ilə başlayır. GEO QAZMA-nın sahə komandası xüsusi qazma qurğuları və silindrik nümunə götürücülərlə müxtəlif dərinliklərdən standartlara uyğun torpaq nümunələri çıxarır. Hər bir nümunə kodlaşdırılır, daşınma zamanı deformasiyadan qorunur və laboratoriyaya çatdırılaraq analizlərə hazırlanır.
Tətbiq edilən əsas testlər
Laboratoriyamızda qrunt nümunələrinin geotexniki xüsusiyyətləri aşağıdakı testlər vasitəsilə qiymətləndirilir:
- Dənəvərlik tərkibi: Ələmə və çökmə üsulu ilə torpağın fraksiyalara ayrılması, dənələrin ölçüsünə görə sinifləndirilməsi.
- Rütubət dərəcəsi və sıxlıq: Quru və yaş torpağın kütlə göstəriciləri, həcmi və sıxlığı müəyyən edilir.
- Maye və plastik limitlər: Torpağın deformasiyaya uğramadan əvvəlki sərhədləri təyin olunur.
- Konsolidasiya və oturma testləri: Qruntun zamanla yüklənməyə qarşı reaksiyası və oturma dərəcəsi müəyyən edilir.
- Triaxial və shear testləri: Torpağın kəsilmə müqaviməti, koheziya və daxili sürtünmə bucağı öyrənilir.
- Permeabiliklik: Su keçirmə qabiliyyəti – xüsusilə bünövrəaltı suların davranışı baxımından vacib parametrdir.
- PH və kimyəvi tərkib: Qruntun kimyəvi balansı, aşındırıcılıq riski və mühəndis materiallarına təsiri qiymətləndirilir.
Bütün testlər GEO QAZMA laboratoriyasında yüksək dəqiqlikli cihazlarla aparılır və nəticələr normativ sənədlərə uyğun rəsmi hesabat formasında təqdim olunur.