Geodeziya və Topoqrafik Xəritələşdirmə

Yüksək dəqiqlik – güvənli inşaatın başlanğıcıdır.

GEO QAZMA MMC tikinti və mühəndis layihələri üçün əsas baza olan topoqrafik və geodeziya tədqiqatlarını yüksək texnoloji imkanlarla həyata keçirir. Ərazi relyefinin dəqiq ölçülməsi və modelləşdirilməsi bütün layihə mərhələləri üçün etibarlı məlumat təmin edir.

Xidmətə daxildir:

  • 1:100 – 1:10,000 miqyaslarında topoqrafik xəritələrin hazırlanması
  • GPS və total stansiyalarla yüksək dəqiqlikli ölçmə işləri
  • Batimetriya – su hövzələrinin dərinlik profilinin hazırlanması
  • Aerofotoşəkillərin deşifrə olunması və relyef modellərinin qurulması
  • Tikinti öncəsi relyef təhlili və koordinasiya sistemlərinin qurulması
  • Dəqiqləşdirilmiş yer ölçmə işləri və hüquqi sənədlər üçün baza məlumatları

İstənilən sahədə yerin dəqiq rəsmini çəkmək GEO QAZMA-nın ixtisas sahəsidir. Layihənizi real ölçülərə əsaslandırın.