Sement, əhəng və bazalt yataqları üzrə geoloji tədqiqatlar
- Görülən iş: Sement, əhəng, bazalt xammalı yataqlarında geoloji tədqiqat və sənaye uyğunluğunun qiymətləndirilməsi
- Yer: Cəbrayıl, Qazax
- İl: 2023
Sement, əhəng və bazalt yataqları üzrə geoloji tədqiqatlar
-
Cəbrayıl rayonu – “Üfüq” Günəş Elektrik Stansiyası yaxınlığında əhəng və sement xammalı üzrə geoloji tədqiqat
2023-cü ildə, “Üfüq” şirkətinin təşəbbüsü ilə Cəbrayıl rayonu ərazisində əhəng və sement istehsalına uyğun xammal ehtiyatlarının mövcudluğu qiymətləndirilmişdir. Tədqiqat zamanı sahə üzrə geoloji kəşfiyyat quyuları qazılmış, nümunələr götürülmüş və laborator analizlər əsasında təhlillər aparılmışdır. Nəticələr potensial sənaye istifadəsi üçün uyğunluq yaratmışdır. -
Qazax rayonu – Daş Salahlı və ətraf ərazilərdə bazalt və əhəngdaşı yataqları üzrə kompleks tədqiqat
“Mətanət-A” şirkətinin sifarişi ilə 2023-cü ilin əvvəllərində müxtəlif sahələrdə (ümumi 39.2 ha) bazalt və əhəngdaşı qatlarının qalınlığı, sıxlığı və fiziki-kimyəvi xüsusiyyətləri öyrənilmişdir. Bu məlumatlar yeni zavodların layihələndirilməsi üçün əsas texniki baza kimi istifadə olunmuşdur.