Faydalı qazıntı yataqlarında geoloji tədqiqatlar
- Görülən iş: Geoloji tədqiqat, süxur analizi, faydalı qazıntıların sənaye istifadəsi üçün qiymətləndirilməsi.
- Yer: Goranboy, Abşeron, Qazax, Ağdam
- İl: 2022
Faydalı qazıntı yataqlarında geoloji tədqiqatlar
-
Goranboy rayonu – “Yuxarı Ağcakənd” gips-anhidrid yatağı
“GEO-QAZMA” MMC bu yataqda müxtəlif sifarişçilər üçün bir neçə mərhələdə geoloji tədqiqat işləri həyata keçirmişdir.
-
2022-ci ilin dekabr ayında “Avanqard N” MMC-nin sifarişi ilə 10.0 ha sahədə ilkin geoloji tədqiqat aparılmışdır.
-
2023-cü ilin mart-aprel aylarında “Mətanət-A” şirkətinin sifarişi ilə 6.6 ha ərazidə daha dərin geoloji qiymətləndirmə işləri görülmüşdür.
-
2023-cü ilin aprel-may aylarında isə “GORANBOY GİPS” ASC-nin sifarişi ilə yatağın 4-cü ştokunda yerləşən 6.9 ha və 8.1 ha sahələrdə geoloji analizlər aparılmış və yekun hesabat hazırlanmışdır.
Bu mərhələli yanaşma yatağın resurs potensialının tam qiymətləndirilməsini və sənaye istismarına hazırlanmasını təmin etmişdir.
-
Abşeron rayonu – “Ağdamqışlaq” gips yatağı
“Avanqard N” MMC-nin sifarişi ilə 2023-cü ilin aprel ayında 19.7 ha sahədə geoloji tədqiqat işləri həyata keçirilmişdir. Gips qatlarının qalınlığı və keyfiyyəti öyrənilmişdir. -
Abşeron rayonu – “Qırməki II” kvars qumu yatağı
“Mətanət-A” şirkətinin sifarişi ilə 2022-ci ilin oktyabr ayında 31.0 ha sahədə geoloji tədqiqatlar aparılmışdır. Lay dərinliyi, tərkibi və sənaye uyğunluğu analiz olunmuşdur. -
Qazax rayonu – “Daş Salahlı” əhəngdaşı yatağı
2023-cü ilin yanvar-aprel aylarında “Mətanət-A” şirkətinin sifarişi ilə 39.2 ha sahədə tədqiqat işləri aparılmışdır. Əhəngdaşı qatları təhlil olunmuşdur. -
Ağdam rayonu – Qarqar çayı ərazisi
2023-cü ilin dekabrında “KBT” MMC ilə müqaviləyə əsasən, 60.0 ha ərazidə kompleks geoloji təhlil aparılmışdır. Torpaq və çay yatağı strukturu öyrənilmişdir.