2025-ci il – Kommersiya, sosial və ictimai obyektlərin layihələndirilməsi

  • Görülən iş: Geodeziya və geoloji tədqiqatlar, ictimai və xidmət obyektlərinin planlaması
  • Yer: Cəbrayıl rayonu (Karxulu, Şükürbəyli), Füzuli rayonu (Qaraxanbəyli)
  • İl: 2025

2025-ci il – Kommersiya, sosial və ictimai obyektlərin layihələndirilməsi

2025-ci ildə Geoqazma MMC tərəfindən Qarabağ bölgəsində təkcə yaşayış deyil, həm də ictimai və kommersiya obyektlərinin layihələndirilməsi üzrə bir sıra mühüm işlər görülmüşdür. Bu layihələr bölgənin sosial və iqtisadi həyatının bərpasına, əhalinin gündəlik ehtiyaclarının qarşılanmasına və sahibkarlığın inkişafına yönəlmişdir.

  • Cəbrayıl rayonu, Karxulu kəndində həyata keçirilən layihə çərçivəsində müxtəlif kommersiya və ictimai obyektlər – kənd bazarları, ticarət və məişət xidmətləri obyektləri, kafe, mərasim evləri, yanğınsöndürmə depo və xidmət sahələri – üçün layihələndirmə işləri aparılmışdır. Eyni zamanda əraziyə uyğun infrastrukturun planlaşdırılması məqsədilə ətraflı topoqrafik və mühəndis-geoloji tədqiqatlar aparılmışdır.

  • Cəbrayıl rayonu, Şükürbəyli kəndində isə yaşayışla yanaşı, sahibkarlıq məqsədli xidmət sahələrinin layihələndirilməsi və 6 avtomobil körpüsünün ərazidə yerləşdirilməsi üçün mühəndis analizləri və planlama işləri yerinə yetirilmişdir.

  • Füzuli rayonu, Qaraxanbəyli kəndində isə tikintiyə dair birinci faza çərçivəsində qəbiristanlıq və yuyatxana binasının layihələndirilməsi aparılmışdır ki, bu da bölgədə dini və sosial ehtiyacların qarşılanmasına yönəlik mühüm addım olmuşdur.

Bu layihələr ərazilərin tam funksional yaşayış məkanlarına çevrilməsi və müasir kənd konsepsiyasına uyğunlaşdırılması baxımından xüsusi əhəmiyyət daşıyır.