2025-ci il – Sənaye və yaşayış infrastrukturunun layihələndirilməsi
- Görülən iş: Geodeziya və geoloji tədqiqatlar, torpaq dayanıqlığı analizi, körpü və obyekt planlaması
- Yer: Qarabağ bölgəsi (Cəbrayıl, Füzuli)
- İl: 2025
2025-ci il – Sənaye və yaşayış infrastrukturunun layihələndirilməsi
2025-ci ildə Geoqazma MMC tərəfindən Qarabağ bölgəsində, xüsusilə Cəbrayıl və Füzuli rayonlarında bir sıra iri həcmli yaşayış və sənaye layihələrinin yer seçimi və ilkin layihələndirmə işləri həyata keçirilmişdir. Bu layihələr azad olunmuş ərazilərin sürətli inkişafı, əhalinin qayıdışı və iqtisadi fəallığın artırılması məqsədi ilə hazırlanmışdır.
-
Cəbrayıl rayonu üzrə Şükürbəyli kənd yaşayış məntəqəsinin ikinci mərhələsi çərçivəsində fərdi evlər, sahibkarlıq obyektləri və 6 avtomobil körpüsünün yerləşdirilməsi üçün ərazidə topoqrafik və geoloji ölçmələr aparılmışdır. Həmçinin Karxulu kəndində 8 avtomobil körpüsünün layihələndirilməsi üçün müvafiq mühəndis təhlillər icra olunmuşdur.
-
Eyni rayonda iki minarəli Məscid kompleksinin tikintisi, müvafiq torpaq və relyef xüsusiyyətlərinə uyğun şəkildə yer seçimi və planlama əsasında layihələndirilmişdir.
-
Füzuli rayonu, Qaraxanbəyli kəndində mərhələli şəkildə salınacaq yaşayış məntəqəsinin birinci fazasına daxil olan qəbiristanlıq və yuyatxananın inşası üçün ərazi araşdırmaları, qruntun dayanıqlılıq təhlili və mühəndis-geoloji qiymətləndirmə işləri həyata keçirilmişdir.
Bu layihələr ərazidə sosial və dini infrastrukturun yenidən qurulması ilə yanaşı, logistik və nəqliyyat əlaqələrinin yaxşılaşdırılmasına da xidmət edir.