2024-cü il – Kənd yaşayış məntəqələrinin və mühüm ictimai obyektlərin kompleks layihələndirilməsi

  • Görülən iş: Geodeziya, hidrogeoloji və geofiziki tədqiqatlar, layihələndirmə və topoqrafik ölçmələr
  • Yer: Qarabağ bölgəsi (Ağdam, Cəbrayıl, Zəngilan, Füzuli, Xankəndi, Xocalı, Xocavənd, Şuşa, Laçın)
  • İl: 2024

2024-cü il – Kənd yaşayış məntəqələrinin və mühüm ictimai obyektlərin kompleks layihələndirilməsi

2024-cü ildə Geoqazma MMC tərəfindən Qarabağ bölgəsində icra olunan layihələr genişmiqyaslı infrastruktur planlaması və yaşayış məntəqələrinin yenidən qurulmasını əhatə etmişdir. Bu çərçivədə həm fərdi yaşayış evləri, məktəblər, uşaq bağçaları, ticarət və xidmət obyektləri, həmçinin su təchizatı, kanalizasiya, transformator yarımstansiyaları, ictimai-istirahət zonaları və digər sosial infrastrukturun inşası üçün ətraflı mühəndis-geodeziya və geoloji tədqiqatlar aparılmışdır.

  • Ağdam rayonu üzrə 9 kəndin (Qərvənd, Eyvazxanbəyli, Güllücə, Salahlı-Kəngərli, Şotlanlı, Nəmirli, Tağıbəyli, Qiyaslı, Göytəpə) içməli su və kanalizasiya sistemlərinin layihələndirilməsi üçün hidrogeoloji və geofiziki tədqiqatlar həyata keçirilmişdir.

  • Cəbrayıl rayonu üzrə Horovlu və Karxulu kəndlərində fərdi yaşayış evləri, məktəb, bağça, bazar, xidmət və sahibkarlıq obyektlərinin yer seçimi və uyğunluğu üzrə torpaq analizi və geodeziya ölçmələri aparılmışdır. Eyni zamanda Soltanlı kəndinin yaxınlığında yerləşəcək “Üfüq” Günəş Elektrik Stansiyası üçün ərazi analizləri icra olunmuşdur.

  • Zəngilan rayonu üzrə Ağalı və Alıbəyli kəndlərində bazar, ticarət obyektləri, yataqxana və istehsalat sahələrinin layihələndirilməsi üçün relyef və torpaq tərkibi analiz edilmişdir.

  • Xankəndi şəhərində Qarabağ Regional Müayinə-Sınaq Laboratoriyasının inşası üçün torpaq daşıma qabiliyyəti və texniki obyektlərin yerləşdirmə imkanları təhlil olunmuşdur.

  • Xocalı və Xocavənd rayonlarında, məscid, memorial kompleks, turizm və tədbir mərkəzləri üçün geodeziya və mühəndis qiymətləndirmələri aparılmışdır.

  • Şuşa və Laçın şəhərlərində yaşayış və otel binalarının layihələndirilməsi zamanı memarlıq uyğunluğu, mövcud struktur elementləri və relyef formaları nəzərə alınmışdır.

Bu layihələr Qarabağ bölgəsində sosial həyatın bərpası, əhalinin geri qayıdışı və dayanıqlı yaşayış infrastrukturunun yaradılması istiqamətində mühüm mərhələ təşkil edir.