2023-cü il – Sənaye və istehsalat obyektlərinin layihələndirilməsi
- Görülən iş: Geodeziya ölçmələri, geoloji təhlil, sənaye və istehsalat obyektlərinin ərazi planlaması
- Yer: Cəbrayıl (Araz Vadisi İqtisadi Zonası), Zəngilan (Ağalı kəndi, şəhər)
- İl: 2023
2023-cü il – Sənaye və istehsalat obyektlərinin layihələndirilməsi
2023-cü ildə Geoqazma MMC sənaye və istehsalat obyektlərinin layihələndirilməsi çərçivəsində müxtəlif strateji əhəmiyyətli regionlarda mühüm mühəndis-geodeziya və geoloji tədqiqat işləri həyata keçirmişdir. Bu layihələr azad olunmuş ərazilərdə iqtisadi inkişafın təmin olunması, yeni sənaye və istehsalat sahələrinin yaradılması məqsədi daşıyırdı.
-
Cəbrayıl rayonu, “Araz Vadisi İqtisadi Zonası”nda yerləşəcək Cəbrayıl Sement Terminalında bir mərtəbəli inzibati bina, altı ədəd silo və tərəzi infrastrukturu üçün mühəndis qiymətləndirmələri, torpaq dayanıqlılıq analizləri və geodeziya ölçmələri aparılmışdır.
-
Zəngilan rayonunun Ağalı kəndində 1 mərtəbəli istehsalat sahələrinin planlaşdırılması çərçivəsində relyefin və torpaq qatlarının uyğunluğu təhlil edilmiş, istehsal sahələrinin yerləşəcəyi zonalar müəyyənləşdirilmişdir.
-
Zəngilan şəhərinin daxilində müxtəlif ticarət, bazar və logistika obyektləri üçün (1 mərtəbəli bazar binaları, ticarət obyektləri, qeyri-yaşayış obyektləri və s.) geniş geodeziya və mühəndis tədqiqatları həyata keçirilmişdir.
Bu layihələrin ümumi məqsədi bölgədə iqtisadi infrastrukturun gücləndirilməsi, sahibkarlıq imkanlarının yaradılması və istehsal-logistika sistemlərinin effektiv şəkildə qurulması olmuşdur.